Üçüncü dəfə evləndiyi deyilən Azər Zahid danışdı

Üçüncü dəfə evləndiyi deyilən Azər Zahid danışdı
14:53 21 Noyabr 2019
287 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış aparıcı Azər İsmayılovun (Zahid) üçüncü dəfə ailə həyatı qurması ilə bağlı xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, tez-tez şəxsi həyatı ilə gündəmə gələn aparıcı bu barədə video açıqlama yayıb. Bu yaxınlarda əmisi oğlunun vəfat etdiyini və ailəsinin yasda olduğunu xatırladan aparıcı yayılan məlumatın yalan olduğunu bildirib.

Xatırladaq ki, aparıcının bu dəfə İlahə adlı xanımla nikah bağladığı iddia edilib. Bir müddətdir sevgili olan cütlük münasibətini rəsmiləşdirmək qərarına gəlib. Toyun bu gün, noyabrın 21-də Bakıda restoranların birində baş tutacağı iddia edilir.

Azər ikinci evliliyinin bitməsi xəbərini mətbuatdan gizlətsə də, bu barədə məlumat ötən ilin mayında ortaya çıxmışdı. O, 2016-ci ildə ailə qurduğu Nəcibə adlı xanımla yollarını ayırmışdı.

Məlumat üçün onu da bildirək ki, Azərin ilk həyat yoldaşı Vüsalə Əlizadə ilə olan nikahından Dilək adlı qızı var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/296798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR