"Sevilya" "Qarabağ"la matçda gənc futbolçulardan yararlana bilər

"Sevilya" "Qarabağ"la matçda gənc futbolçulardan yararlana bilər
16:52 26 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopetegi "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçında gənc futbolçulardan yararlana bilər.
"Report" "Eldesmarque" nəşrinə istinadən xəbər verir ki, Andalusiya təmsilçisinin bugünkü məşqində komandanın kapitanı Xesus Navasdan əlavə, Serxio Reqilon və Lük de Yonq iştirak etməyib.
Əvəzində hazırlıq prosesinə 21 yaşlı müdafiəçilər Xose Mariya Amo və Felipe Rodriges, habelə, komanda yoldaşları ilə həmyaşıd olan yarımmüdafiəçi Genaro Serrano qatılıb. Nəşrdə bildirilib ki, həmin oyunçuların Ağdam təmsilçisi ilə matçda meydanda olma ehtimalı yüksəkdir. "Sevilya" 1/16 finala yüksəldiyindən, baş məşqçi əsas oyunçuların xidmətindən yararlanmağı düşünmür.
Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sevilya-qarabag-la-matcda-genc-futbolculardan-yararlana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR