"Ölkə inkişaf etdikcə və zaman keçdikcə Konstitusiyada dəyişikliklərə ehtiyac yaranır"

"Ölkə inkişaf etdikcə və zaman keçdikcə Konstitusiyada dəyişikliklərə ehtiyac yaranır"
15:27 27 Noyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qüvvəyə minməsinin ildönümüdür.
"Report"un xəbərinə görə, həmin vaxtdan 24 il ötür.
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli “Report”a açıqlamasında deyib ki, indiyə qədər Konstitusiyaya müəyyən dəyişikliklər olsa da, bu, Azərbaycan tarixində müstəqil dövlətin konstitusiyası kimi Azərbaycan Dövlətinin hüquqi əsaslarını, konstitusiya asaslarını müəyyən edib, hüquqi cəhətdən dövlətin müstəqilliyini dönməz hala gətirir:
"Bütün dövlətlərdə olduğu kimi Azərbaycan Dövlətinin Konstitusiyasında müəyyən təkmilləşdirmələr olub, gələcəkdə də dəyişikliklərin olması istisna deyil".
Onun sözlərinə görə, zərurət yarandığı təqdirdə konstitusiyaya dəyişiklik olunur: "Eyni zamanda referendumlarda müəyyən dəyişikliklər qüvvəyə mindi. Bu dəyişikliklərdə müəyyən mütərəqqi cəhətlər oldu. Deputatların səlahiyətinə xitam verilməsinin əsasları genişləndirildi, Prezidentin Milli Məclisi buraxmaq səlahiyyətləri təsbit olundu. Dəyişikliklər əhəmiyyətlidir, konstitusiyanın dəyişmə ehtimalları daima olur. Zaman keçdikcə konstitusiyaya dəyişiklik olunub. Heydər Əliyevin sədrliyi ilə yeni bir Konstitusiya Komissiyası yaradıldı və ilk dəfə 1995-ci il noyabrın 12-si referendumla qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası həmin ilin noyabrın 27-də qüvvəyə mindi. 1918-20-ci illərdə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) konstitusiyası qəbul olunmadı".

Tahir Kərimli

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli: 

"Azərbaycanın referendum yolu ilə konstitusiyasının qəbul olunması Heydər Əliyevin taleyinə yazılmış bir səhifədir".
T.Kərimli xatırladıb ki, Azərbaycanda konstitusiyanın qurulmasına 1921-ci ildən başlanılıb: "Rusiya qoşunları Azərbaycanı tutaraq, özünün kommunist rejimini qurmuşdu. Ondan sonra Sovet İttifaqının tərkibində 1925-ci ildə növbəti konstitusiya yarandı. Amma bu konstitusiyaların heç biri müstəqil dövlətin konstitusiyası deyildi. 1978-ci ilin konstitusiyasında belə bir maddə var idi ki, müttəfiq respublikalar ayrılıb müstəqil ola bilərlər. Buna baxmayaraq, bu, real deyildi. SSRİ Konstitusiyasının 6-cı maddəsinə əsasən, Respublikalara birbaşa Sovet İttifaqı Kommunist Partiyası rəhbərlik edirdi. 1991-ci ildə Azərbaycan müstəqiliyini qəbul etdikdən sonra müəyyən sənədlər - Müstəqilliyin Bərpa Aktını, Azərbaycan Respublikasının Suverenliyi haqqında qərar qəbul etdik. Ancaq bunların heç biri konstitusiyanı əvəz etmirdi, dövlətin müstəqil konstitusiyasına ehtiyac vardı. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyini inandıraraq, Azərbaycan dilinin dövlət dili elan olunmasına nail olmuşdu. Amma yenə də bu müstəqil dövlətin konstitusiyası deyildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının konstitusiyası referendum yolu ilə qəbul olundu. Bu, böyük bir nailliyyətdir. Şübhəsiz ki, bu çox böyük dövlət adamı Heydər Əliyevin taleyinə yazılmış bir səhifədir. O, nəinki Əsrin müqaviləsi vasitəsilə Azərbaycanın müasir əsaslarını yaratdı, həm də konstitusiyanı qəbul etməklə Azərbaycanın konstitusiya hüququnun əsaslarını yaratdı və başçılıq etdi. Sovet İttifaqı tərkibində olanda belə Heydər Əliyevin müstəsna xidmətləri var idi, bundan əvvəl hətta Mirzə İbrahimov, İmam Mustafayev kimi insanlar da Azərbaycan Konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması təklifi ilə çıxış edib”.

Cavid Osmanov

Milli Məclisin deputatı Cavid Osmanov: 

"AXC-Müsavat cütlüyünün satqınlıq missiyası nəticəsində qanuni şəkildə olan konstitusiyamızdan heç bir əsər qalmamışdı".
Milli Məclisin deputatı Cavid Osmanov isə "Report"a bildirib ki, Azərbaycan Milli Konstitusiyasının qəbul olunmasında Heydər Əliyevin müstəsna rolu olub: “Bildiyimiz kimi, Azərbaycan Respublikasında ilk dəfə konstitusiya 27 noyabr 1995-ci ildə qəbul olunub. Bu baxımdan o zamankı çox ağır dövrlərdə ölkəmizin milli konstitusiyasının qəbul olunması çətinliklərlə başa gəlib. Çünki bundan biraz əvvəl Sovetlər İmperiyasının yıxılması və o vaxtki AXC-Müsavat cütlüyünün rəhbərliyi dövründə ölkəmizin talan olunması, milli-mənəvi dəyərlərin qorunmaması, onların satqınlıq missiyası nəticəsində qanuni şəkildə olan konstitusiyamızdan heç bir əsər qalmamışdı. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasının hər bir bəndinə, cümləsinə Heydər Əliyev tərəfindən baxılmışdı və Azərbaycan reallıqlarını özündə əks etdirir. Ölkə inkişaf etdikcə, zaman keçdikcə konstitusiyada dəyişikliklərə ehtiyac olur. Zamanın sifarişi əsasında qanunlarda və konstitusiyada müəyyən bəndlərdə əlavə dəyişikliklərin edilməsinə ehtiyac duyulur. Bu dəyişikliklər sonuncu dəfə 2016-cı il sentyabr ayında həyata keçilmişdi. Həmin dəyişikliklərlə də konstitusiyamızın daha da təkmilləşməsinə səbəb oldu”. 
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi.Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/konstitusiyanin-qebul-olunmasi-boyuk-bir-nailliyyetdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR