"Solğun çiçəklər" tamaşası oynanıldı - FOTO

"Solğun çiçəklər" tamaşası oynanıldı - FOTO
21:37 27 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə bağlı möhtəşəm tədbirlər, bu münasibətlə  ölkə rəhbərinin Sumqayıta gəlişi və yeni mədəniyyət obyektlərinin  açılışında  iştirak etməsi bütün sumqayıtlılar kimi  teatrın yaradıcı heyətinə  unudulmaz  təəssüratlar  bəxş etdi.

Milli.Az xəbər verir ki, eyni zamanda ümumşəhər tədbirinin  mədəni-kütləvi şənliyin hazırlanmasında  əməkdaşlarımızın iştirakı, həmçinin  bir qrup işçinin  mükafatlandırılması  qəlbimizi qürur hissi ilə doldurdu.

Ümumiyyətlə son illərdə  teatra göstərilən qayğı yeni layihələrin  gerçəkləşməsi və teatra tamaşaçı axınının güclənməsinə rəvac verir.

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrı daha bir bayram ovqatı yaşadı. Belə ki, Dövlət başçısının dahi dramaturq C.Cabbarlının  120 illiyinin xüsusi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazırliyinin təşkilatçilığı ilə noyabrın sonu Cəfər Cabbarlı həftəsi çərçivəsində teatr bayramı keçirilir. Bakı və bölgə teatrlarının qatıldığı tədbirdə  ədibin  ayrı-ayrı əsərləri  nümayiş etdirilir.

Noyabrın 26-da növbə Sumqayıtlılara çatdı. Azərbaycan Dövlət  Akademik Musiqili Teatrında Sumqayıt Dövlət Dram Teatrında ərsəyə gəlmiş "Solğun çiçəklər" tamaşası oynanıldı. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu  rəssamı Elşən Sərxanoğludur. Plastik həll və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə İradə Muradovaya  məxsusdur. Quruluşçu rejissor Elşən Zeynallının klassikaya yeni baxış bucağı özünü maraqlı traktovkada göstərdi. Teatr ictimaiyyəti, gənclər, ziyalılar, bir sözlə müxtəlif kontingentdən olan insanlar iki saat ərzində bir ortaq düşüncəyə, zövqə gətirən tamaşanın qeyri-adi yozumu və truppanın mükəmməl oyunu oldu. Qeyd edək ki, obrazları əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova,  İlqar İbrahimov və Rövşən Əsgərov canladırırlar.       Tamaşadan sonra maraqlı müzakirə oldu. Cəfər Cabbarlının nəvəsi Qəmər xanım yaradıcı heyətə minnətdarlığını bildirdi. O söylədi ki, Cəfər Cabbarlı təfəkkürünü və ruhunu qoruyub saxlamaqla müxtəlif dəyişikliklər, eksperimentlər yerinə düşür və pyesin uzunömürlülüyünə fayda verir.

Tamaşanın rejissoru Elşən Zeynallı   yaradıcı heyəti təbrik etdi və vurğuladı ki, eksperimentə, improvizəyə, aktyor məharətinin açılmasına rəvac verən əsərlər ölməzdir. Böyük Cəfərin ədəbi materialları da özündə məhz bu nüansları birləşdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/805788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR