Sabiq nazirə YENİ VƏZİFƏ VERİLDİ

Sabiq nazirə YENİ VƏZİFƏ VERİLDİ
16:03 28 Noyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gündən mən Ana Vətən partiyası sədrinin sosial-iqtisadi məsələlər üzrə müavini keyfiyyətində fəaliyyətə başlayıram. Siyasi müstəvidə fəaliyyət seçimi etməkdə məqsədim dövlətimizə və dövlətçiliyimizə daha yaxından kömək etmək isyəyimlə bağlıdır".

Publika.az xəbər verir ki, bunu sabiq Maliyyə naziri Fikrət Yusifov qeyd edib.

Sabiq nazir bildirib ki, bu təklif Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdan gəlib: "Mən Fəzail bəyi 30 ildən artıqdır ki, tanıyıram və onunla həmişə yaxın münasibətlərimiz olub. Fəzail Ağamalı dövlətini, xalqını ürəkdən sevən, dövlətinə və xalqına layiqli xidmət göstərən bir insandır. Onun əqidə bütövlüyü, mövqeyinin sabitliyi dövlətə və dövlətçiliyə tam səmimiyyətlə xidmət göstərməsinin əsasında dayanan başlıca şərtlərdir. Ölkəmizdə gedən iqtisadi və siyasi prosseslərə münasibətdə bizim baxışlarımız üst-üstə düşür. Artıq bir xeyli vaxt idi ki, Fəzail bəylə mənim Ana Vətən Partiyasında iqtisadi bloka rəhbərlik etmək və sədrin iqtisadi məsələlər üzrə müavini qismində fəaliyyət göstərmək imkanlarımı müzakirə edirdik. Nəhayət, bu ilin noyabr ayının 20-də mən rəsmi olaraq partiyanın sıralarına qəbul olunmaqla bağlı ərizə ilə müraciət etdim".

F.Yusifov qeyd edib ki, ölkənin maliyyə nazirliyinə rəhbərlik etdiyi dövrdə də, ondan sonrakı illər ərzində də Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edib: "Son beş ildə ölkə mətbuatında Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı müxtəlif səviyyədən olan təhlil, açıqlama, araşdırma xarakterli yazılarla çıxışlar etmişəm. Bu çıxışlarımda səsləndirdiyim onlarla təkliflər öz tətbiqini müxtəlif səviyyədən olan qərarlarda, qanunlarda və digər normativ hüquqi aktlarda tapa bilib. Ana Vətən Partiyasına üzv olub bu siyasi müstəvidə partiya sədrinin iqtisadi məsələlər üzrə müavini kimi dövlətimizə və dövlətçiliyimizə daha çox fayda verə biləcəyimə inanıram".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/297507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR