Brayan Xil: "Qarabağ"a vurduğum qolu ailəmə və dostlarıma həsr edirəm"

Brayan Xil: "Qarabağ"a vurduğum qolu ailəmə və dostlarıma həsr edirəm"
03:42 29 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

"Bu, mənim üçün çox əlamətdar qol idi. Özümə əminlik aşıladıqları üçün komanda yoldaşlarıma və baş məşqçimizə minnətdaram".
"Report"un məlumatına görə, bunları İspaniya "Sevilya"sının futbolçusu Brayan Xil Avropa Liqasının V tur matçında "Qarabağ"a vurduğu qolu şərh edərkən deyib.
18 yaşlı hücumçu görüşdən qalib ayrılmaq üçün böyük güc sərf etdiklərini bildirib: "Mənə verilən imkandan yararlanmalı və oyundan həzz almalı idim. Vurduğum qolu ailəmə və məni dəstəkləməyə gələn 2 dostuma həsr edirəm".
Qeyd edək ki, Ramon Sançes Pisxuan" stadionunda keçirilmiş matç "Sevilya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna 54-cü dəqiqədə daxil olan Brayan Xil bundan 7 dəqiqə sonra komandasının ilk qolunu vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/brayan-xil-qarabag-a-vurdugum-qolu-aileme-ve-dostlarima-hesr-edirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR