"Qarabağ" Avropa Liqasında ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır

"Qarabağ" Avropa Liqasında ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır
10:27 29 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" turnirdə ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır.
Ağdam klubunun futbolçularına qarşı beş oyununda 82 dəfə qayda pozulub.
Türkiyənin "Trabzonspor" komandasının oyunçuları 84 dəfə kobudluğa məruz qalıb. İlk üçlüyü isə Fransa "Renn"i (81) qapayır.
"Qarabağ" 63 dəfə rəqib oyunçulara qarşı kobudluq ediblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollek bu göstəricidə 30-cudur. 
Qeyd edək ki, V turda İspaniyada "Sevilya"ya uduzan "Qarabağ" 1/16 final mərhələsinə yüksəlmək şansını itirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-en-cox-qayda-pozuntusuna-meruz-qalan-ikinci-komandadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR