NNF azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı

NNF azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı
08:42 4 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

İsraildə "Near Nazareth Festival" (NNF) beynəlxalq film festivalının yeddinci mövsümü azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı.

Milli.Az Trend-ə istinadən bildirir ki, ənənəyə görə, NNF film festivalı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ilə birlikdə keçirilir. Festivalın direktoru Lilia Bermanın sözlərinə görə, bu, azərbaycanlı rejissorların fəal iştirakı və İsrail tamaşaçılarının azərbaycanlı rejissorlarının işlərinə olan böyük maraqı ilə bağlıdır.

"Near Nazareth Festival" dünyanın hər yerindən gələn rejissorlara qapılarını qonaqpərvərliglə açır və müxtəlif ölkələrin kino həvəskarları ilə əməkdaşlıq yolu ilə dünya xalqları arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Bütün filmlər orijinal dildə təqdim olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/807524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR