Xəbər verdiyimi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Məmmədovun evində qonaq olub.

Publika.az xəbər verir ki, Xalq artisti görüş barədə təəssüratlarından danışıb:

“Çox duyğulandım, dövlət başçımız da, Birinci-vitse prezident Mehriban xanım da sağ olsunlar ki, məni yada salıblar. 90-dan yuxarı yaşım var, məni ziyarət etməyə gəlmişdi. Söhbətimiz səmimi keçdi, bu yaxınlarda 90 illiyim olacaq, bu barədə danışdıq. Göstərilən qayğıya görə minnətdarlıq edirəm”.