Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib

Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib
10:43 12 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12–də Nizami Kino Mərkəzinin repertuarına dəyişiklik edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kinomərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxil olunub. Filmin seansları saat 13:10 və15-30-da keçiriləcək.

Seanslara giriş sərbəstdir.

Həmçinin dekabrın 12-də Nizami Kino Mərkəzində komediya filmlərinin nümayişi dayandırılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3162619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR