“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq

“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq
03:50 14 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi uğurla davam edir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu seriyanın yeni nəşrləri olan “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitabların təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimi 16 dekabr saat 16:00-da “JW Marriot” hotelinin “Şərq” zalında təşkil olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsirlərin salnaməsi” adlı kitablar nəşr olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3163553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR