Nepalda baş verən avtobus qəzasında 14 nəfər ölüb

Nepalda baş verən avtobus qəzasında 14 nəfər ölüb
10:22 15 Dekabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Nepalın mərkəzində baş verən avtobus qəzasında azı 14 nəfər ölüb, 16 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.
“12 sərnişin hadisə yerində, iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Bütün yaralılar xəstəxanalara yerləşdiriliblər”.
Qeyd olunub ki, sərnişin daşıyan avtobus Nepalın populyar turizm bölgəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş. Avtobusda 32 nəfər olub.
Hazırda polis qəzanın başvermə səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nepalda-bas-veren-avtobus-qezasinda-14-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR