Sabiq nazir və vitse-prezident seçkilərə gedir - ADLAR

Sabiq nazir və vitse-prezident seçkilərə gedir - ADLAR
17:23 17 Dekabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Ana Vətən Partiyası 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bunu Publika.az-a açıqlamasında partiyanın sədri, deputat Fəzail Ağamalı deyib.

Sədr bildirib ki, partiyanın 39 nəfərlik seçki siyahısı Mərkəzi Seçki Komissiyasına ötən gün təqdim olunub: “Hazırda siyahı üzərində dəqiqləşmələr aparırıq. Niyyətimiz 60-dan yuxarı dairədə namizədlərin irəli sürülməsidir. Bununla bağlı işlər gedir. Həftəsonuna qədər tamamlamağa çalışacağıq. Çünki namizədlərin imkan və istəklərini nəzərə almağa çalışırıq. Bəzən olur ki, hər biri ilə təkbətək söhbət aparmaq məcburiyyətində qalırıq. Bu baxımdan, namizədlərimizin hansı dairələrdən irəli sürülməsi ilə bağlı dəqiqləşdirmələr aparılır. Qeyd etmək istəyirəm ki, Ana Vətən Partiyası 60-dan yuxarı dairədən parlament seçkilərinə namizədlərini irəli sürmək fikrindədir”.

Fəzail Ağamalı seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı suala isə belə cavab verib: “Partiyanın qərarı var ki, mən qatılım. Yəqin ki, qatılacağam. Sədr olaraq partiyanın Ali Məclisinin qərarına tabe olmalıyam”.

Sədr Ana Vətən Partiyasına yeni qoşulan sabiq Maliyyə naziri Fikrət Yusifov və jurnalist Jalə Mütəllimovanın namizədlər siyahısında olduğunu da ilk dəfə açıqlayıb: “Biz çalışacağıq ki, çoxsaylı mandatla parlamentdə təmsil olunaq. Bu, hər bir partiyanın qarşısında duran başlıca vəzifədir, arzudur. Ona görə də təbii ki, həmin seçki siyahısında Fikrət Yusifov, Arzuman Abdulkərimov (Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti - red.), Jalə Mütəllimova və Yalçın Hacızadə də var”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/299356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR