BAXCP sabah toplanır - Siyahı açıqlanacaq

BAXCP sabah toplanır - Siyahı açıqlanacaq
17:33 18 Dekabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında seçkilərə hazırlıq davam edir. Bütün lazımi sənədlər hazırlanıb. Səlahiyyətli nümayəndələr müvafiq dairələrə sənədləri sabah təqdim edəcəklər”.

Publika.az xəbər verir ki, bunu partiya sədrinin müavini Elçin Mirzəbəyli açıqlayıb.

Sədr müavini bildirib ki, sabah partiyada namizədliyini irəli sürmək istədiyimiz şəxslərlə görüşün keçirilməsi planlaşdırılır: “Yəqin ki, sabah mətbuata bununla bağlı ətraflı məlumat verəcəyik. Siyahıda namizədlərimizin sayı 30-dan çoxdur”.

Elçin Mirzəbəyli bildirib ki, seçkilərə namizədliyini irəli sürməsi ilə bağlı qərar, bütün hallarda, partiya müzakirələrindən sonra veriləcək: “Partiya sədri Qüdrət Həsənquliyev isə öz namizədliyini yenidən irəli sürəcək. Sədr kimi partiyasını seçkilərdə təmsil edəcək”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/299462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR