Fidan və Xuraman Qasımovalar ustad dərsi keçdilər - FOTO

Fidan və Xuraman Qasımovalar ustad dərsi keçdilər - FOTO
20:52 20 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Mədəniyyət" Kanalının yeni layihəsi olan, Azərbaycanda ilk dəfə keçirilən "Azərbaycan vokalçıları" festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustad dərsi keçirilib. 

Milli.Az xəbər verir ki, SSRİ Xalq artisti, professor Fidan Qasımova və Xalq artisti, professor Xuraman Qasımova vokal sənətinin sirlərini tələbələrlə paylaşıb. Ustad dərsində həmçinin müxtəlif ifa texnikaları müzakirə olunub, tələbələrə düzgün ifa maneraları təbliğ olunub. Ustad dərsində dinləyici qismində təkcə tələbələr deyil, həmçinin Akademiyanın müəllim kollektivi də iştirak edib.

Axşam isə Kamera və Orqan Musiqisi zalında BMA-nın tələbələrinin konserti keçirilib.

Konsertdə həm Azərbaycan, həm də Qərbi Avropa bəstəkarlarının klassik əsərləri səslənib. Konsertin sonunda Bakı Musiqi Akademiyasının (BMA) "Limuneux" vokal ansamblının ifası gurultulu alqışlarla qarşılanıb.

Festivalın təntənəli açılış mərasimi dekabrın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub. Ölkədə ilk dəfə keçirilən festivalın ideya müəllifi və bədii rəhbəri "Mədəniyyət" Kanalının direktoru Ramil Qasımovdur, Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir və dekabrın 24-nə kimi davam edəcək.  

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/812126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR