Təhlükəli xəstəlik ucuz və sadə dərmanlarla müalicə olunur?

Təhlükəli xəstəlik ucuz və sadə dərmanlarla müalicə olunur?
19:42 21 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Alimlər ən təhlükləli yoluxucu xəstəliyin adi ucuz ağrıkəsicilərlə müalicə olunduğunu bildiriblər.

Sidney Universitetinin alimləri, ən ucuz və sadə ağrıkəsici vasitələrin dünyanın ən ölümcül yoluxucu xəstəliyi sayılan vərəmin müalicəsində istifadə edilə biləcəyini göstərən araşdırma aparıblar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı "Medical Xpress"-də məqalə dərc olunub.

Hər il dünyada iki milyon insanın həyatına son qoyan vərəmin multirezistent ştamlarının yayılması antibiotik müalicəsinin az effektiv olmasına gətirib çıxarır. Ona gör də alimlər bu araşdırma ilə yeni müalicə üsulları tapmağa çalışıblar. Bu məqsədlə, danio balıqlarını vərəmlə yoluxdurub, ölümcül bakteriyanın balıq orqanizmində necə yaşadığını öyrəniblər.

Araşdırmanın nəticələri göstərib ki, trombositlər-qanın laxtalanmasını təşkil edən hüceyrələr, bakteriyalarla qarşılıqlı əlaqə qurur, onlara immun sistemindən yayınmağa kömək edir. Araşdırma göstərir ki, xəstəliyin müalicəsi-bu qarşılıqlı əlaqənin qarşısını almaq, bakteriyaların  artımını dayandırmaqla ekvivalentdir.

Alimlər belə qənaətə gəliblər ki, bunun üçün aspirin kimi ucuz və təhlükəsiz dərmanlardan istifadə etmək olar.

Təcrübədə, aspirin ilə müalicə olunan balıqlarda  bakterial artımın digərləri ilə müqayisədə yarıbayarı azaldığı görünüb. Bunun trombositlərin orqanizmdə bakteriyaların artımına birbaşa təsir etdiyi ilk hal olduğu bildirilib.

Bu kəşf digər tədqiqatçıları vərəmli insanların müalicə qeydlərinə yenidən qayıtmağı təşviq edir. Analizlər göstərir ki, aspirin qəbul edən xəstələrdə daha yaxşı nəticə əldə olunur. İstənilən halda, bununla bağlı növbəti eksperimentlər tələb olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/810719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR