Dünyaca məşhur "Gəzən ölülər" (The Walking Dead) serialının çəkilişlərində yıxılaraq faciəli şəkildə ölən dublyor Con Bernekerin ailəsinə 8,6 milyon dollar məbləğində təzminat veriləcək.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ümumilikdə 6 gün müddətində davam edən və şahidlərin dinlənildiyi məhkəmədə qəza anını göstərən bir video da izlənilib. Sonda aktyorun ailəsinə təzminat ödənilməsinə qərar verilib.
Qeyd edək ki, serialın çəkilişlərindəki bu bədbəxt hadisə 2017-ci ildə, 8-ci mövsümün çəkilişi zamanı baş vermişdi. Bir döyüş səhnəsində rol alan Berneker 7 metr hündürlükdən betona çırpılmış, 2 gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişmişdi.