"Azərbaycan vokalçıları" festivalı çərçivəsində Filarmoniyada konsert keçirilib (FOTO)

"Azərbaycan vokalçıları" festivalı çərçivəsində Filarmoniyada konsert keçirilib (FOTO)
15:55 23 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Azərbaycan vokalçıları" festivalı çərçivəsində Filarmoniyada möhtəşəm konsert baş tutub.

Trend-in məlumatına görə, Mədəniyyət Kanalının layihəsi Mədəniyyət nazirliyinin dəstəyi ilə, "Azərbaycan vokalçıları" festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert baş tutub. Festival çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor Valid Ağayev)xalq artistləri Gülnaz İsmayılova, Fidan Hacıyeva, əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Səbinə Əsədova və başqalarının ifasında müxtəlif operalardan ariyalar səslənib. Konsertin repertuarında əsas etibarilə orta əsr Qərbi Avropa bəstəkarlarının əsərləri yer almışdır. Qeyd edək ki, konsert canlı yayımla Mədəniyyət Kanalı vasitəsilə birbaşa yayımlanıb.

İnformasiya dəstəti - Trend.az, Day.az, Milli.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3167902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR