Məşhur rus musiqiçi dəm qazından boğulub

Macarıstanın paytaxtı Budapeştə gedən rus pianoçu Elina Valiyeva qaldığı evin hamamında qaz sızması nəticəsində həyatını itirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Dövlət Musiqi Akademiyasının professoru Yuriy Boqdanov "Facebook" hesabından belə məlumat verib:

"Məzunum, gözəl pianoçu və gözəl insan Elina Valiyeva dünən axşam Budapeştdə faciəvi hadisə nəticəsində həyatını itirdi. İnternetdən ev icarəyə götürmüşdülər. Duş almağa girib, hamamda qaz sızması baş verib. Xilas edə bilməyiblər".

27 yaşlı musiqiçinin ölümü ilə bağlı istintaq başladılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR