Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, xanəndə Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, xanəndə Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd edilib
18:05 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstt-xətti, xidmətləri olan ustad xanəndə Xalq Artisti Əlibaba Məmmədovun  90 illik yubileyinə həsr olunmuş Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin konserti keçirildi.

Milli.Az xəbər verir ki, konsertdən əvvəl  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Xalq Artisti Teymur Göyçayev özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti olan  Əlibaba Məmmədovun uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrətdiyini qeyd etdi.  Konsertdə iştirak edən şagirdlər Tuncay Əşrəfli, Müjgan Zülfüzadə Rəvan Mustafazadə, Abbas Əliyev, Pərvin Vəlizadə, Elnarə Səmədova,  İlham  Rəhimov, Əlişov Ziya, Rüstəmbəyli Əli, Rüstəmbəyli Cavanşir, Bəylərli Rəşid, Vəlizadə Pərvin, Pirimov Asim, Hacızadə Nuray, Mustafalı Yəhya, Cavadzadə Rüqəyyə, Gülməmmədov Orxan, Mehrəliyeva Rəna, Feyzullayev Əli, Abdullayeva Ülkər, Zeynalov Loğman, İbrahimova Zəhra, Muradov Əli, Qurbanov Fərid, Qafarlı Rəhimənin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri və ustad xanəndənin repertuarındakı muğamlar və bəstələr səsləndirildi.Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq Bülbül adına Orta İxtisas Musiqi məktəbi,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəbləri ilə birlikdə konsertlər təşkil edir. Birgə əməkdaşlıq nəticəsində keçirilən konsertlərin məqsədi gənc istedadların səhnəyə alışması və peşə səriştələrinin artırılmasına xidmət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/813599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR