Eden Azar İspaniya Superkubokunun matçlarında iştirak etməyəcək

Eden Azar İspaniya Superkubokunun matçlarında iştirak etməyəcək
19:52 26 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

"Real Madrid" klubunun futbolçusu Eden Azar İspaniya Superkubok matçlarında komandasına kömək edə bilməyəcək.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin zədəsinin sağalması gecikir və onun 2020-ci ilin fevral ayında bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Eden Azar Çempionlar Liqasının qrup mərhələsinin V turunda Madriddə Fransa PSJ-si ilə görüşdə (2:2) sağ ayağından xəsarət alıb. Bu mövsüm İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək və 4 kollektiv üçün mini turnir təşkil olunacaq. "Real Madrid"dən əlavə "Barselona" "Atletiko" (Madrid) və "Valensiya" komandaları mübarizə aparacaq. Yanvarın 8-də "Real Madrid" yarımfinalda "Valensiya" ilə, ertəsi gün isə "Barselona" "Atletiko" ilə üz-üzə gələcək. Final isə yanvarın 12-də olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/eden-azar-i-spaniya-superkubokunun-matclarinda-istirak-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR