Arif Quliyev: "Deputat olmaq istəmirəm”

Arif Quliyev: "Deputat olmaq istəmirəm”
10:12 27 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyev son günlər sənət insanlarının deputat olmaq istəyinə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor hər kəsin öz məqsədi olduğunu vurğulayıb:

"Sənət insanlarının deputat olması normaldır. Bir insanı xalq sevirsə, onun sənəti təsdiq olunubsa, niyə də deputat olmasın?! Yalnız teatrla kifayətlənməyən aktyor özünü ictimai xadim kimi Milli Məclisdə görür. Ümumiyyətlə, hərənin öz məqsədi var. Ola bilər ki, Afaq xanım da bunu özündə hiss etdiyinə görə bu addımı atır. Həm də deputatların parlamentdə, sadəcə, oturub danışmadıqlarını görür. O, deputat seçildiyi zaman danışıqları ilə sənət insanlarına kömək olmaq istəyir.

Qeyd edim ki, mən digər həmkarlarım kimi deputat olmaq istəmirəm. İnsanlar məşhur olan kimi ssenari yazır, kino çəkir, tamaşalar hazırlayır, şair olur. Həmin insanlar sənətini o işlərlə yox edir. Ancaq məndə heç bir şey alınmır. Həmişə öz sənətimə sadiq olmuşam. Aktyor həmişə insanların qarşısında çıxış etməli, öz sözünü deməli, komediya sahəsində olan aktyorlar isə insanların üzünü güldürməli, mənalı gülüşlə onları düşündürməlidir".

Arif Quliyev artıq təqaüdə çıxdığını da bildirib:

"Artıq 69 yaşım var. Ona görə də ağrılar olmalıdır. Əgər insan yaşayırsa həm ağrı, həm də sevinc olmalıdır. Hamısı paraleldir. Ümumiyyətlə, insan özünü müalicə edə bilir. Hazırda səhhətim yaxşıdır. Özümü yaxşı hiss edirəm. Təqaüdə çıxıb istirahət edirəm".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/813698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR