"Yeni İl Simfoniyası" nağıl tamaşası təqdim olundu - FOTO

"Yeni İl Simfoniyası" nağıl tamaşası təqdim olundu - FOTO
19:12 30 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Sarayında uşaqlarların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv musiqili "Yeni İl Simfoniyası" nağıl tamaşası təqdim olundu.

Milli.Az xəbər verir ki, simfonik orkestrin müşaiyəti ilə baş tutacaq musiqili tamaşada uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət etdilər.

Görəsən nağıl qəhrəmanları Yeni ili xilas edə biləcəklərmi? Qəhrəmanların dostluğu yeni nağıl yaratmağa və bütün maneələrin aradan qaldırılmasına köməklik edəcəkmi?

Yeni ilin xilas edilməsində uşaqlarda iştirak etdilər, qəhramanların yeni nağıl yaratmasına köməklik etdulər.

Musiqili-nağıl ən populyar cizgi filmlərin motivləri əsasında hazırlanıb. Yeni il şənliyində Simfonik orkestrin müşaiyəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri "Gözəl və Bədheybət", "Soyuq ürək", "Ələddin", "Pinokkio", "Mulan", "Kral Şir", "Su pərisi", "Vinni Pux" və başqalarından musiqilər, həmçinin Ştraus və Çaykovskinin əsərlərindən klassik parçalar səsləndirildi. Cavad Tağızadənin dirijorluğu ilə keçirilən musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdu (Moskva).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/814709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR