Bakıda yola çıxan inək qəzaya səbəb oldu, xəsarət alan var

Bakıda yola çıxan inək qəzaya səbəb oldu, xəsarət alan var
00:02 3 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, yol kənarına çıxan inək səbəbindən Ağayev Kamran Şakir oğlu idarə etdiyi 90-UC-419 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobili, 99-TN-821 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilə çırpıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. 
Qəza zamanı 26 yaşlı Ağayev Kamran Şakir oğlu xəsarət alıb. 




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yola-cixan-inek-qezaya-sebeb-oldu-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR