"Yuventus"un sabiq futbolçusuna silahlı hücum olub

"Yuventus"un sabiq futbolçusuna silahlı hücum olub
14:37 8 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" və İspaniyanın "Real Sosyedad" klubunun sabiq futbolçusu Darko Kovaçeviç Yunanıstanın paytaxtı Afinadakı evinin qarşısında silahlı hücuma məruz qalıb.
"Report" "CNN Greece"ə istinadən xəbər verir ki, 47 yaşlı sabiq hücumçu naməlum şəxsin maşından düşərək onu silahla hədəf aldığını söyləyib. Kovaçeviç yayınmaq üçün yerə yıxılıb, biləyindən və dizindən xəsarət alıb. Atəş açan şəxsin yanında daha bir nəfər olub. 
Cinayətkarların qaçdığı maşın Afinada yanmış vəziyyətdə tapılıb. 
Qeyd edək ki, Darko Kovaçeviç 1999-2011-ci illərdə "Yuventus"da çıxış edib. O, əsasən, 2002-2007-ci illərdə "Real Sosyedad"dakı oyununa görə tanınıb. Forvard Yuqoslaviya, Serbiya və Çernoqoriya yığmalarının da formasını geyinib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-un-sabiq-futbolcusuna-silahli-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR