Messi “Barselona”nın məğlubiyyətindən sonra xoşagəlməz halla qarşılaşıb

Messi “Barselona”nın məğlubiyyətindən sonra xoşagəlməz halla qarşılaşıb
03:07 10 Yanvar 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya superkubokunun "Barselona""Atletiko" komandaları arasındakı yarımfinal matçının final fitindən sonra stadionda xoşagəlməz hadisə baş verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, azarkeşlərdən biri meydançada qaçaraq Katalon klubunun hücumçusu Lionel Messini bərk qucaqlayıb. O, futbolçunu buraxmaq istəməyib. Qeyd edilir ki, yalnız stadionun səhnə təhlükəsizlik xidmətinin müdaxiləsi nəticəsində azarkeşi argentinalıdan ayırmaq və meydançadan aparmaq mümkün olub.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində, "Kral Abdulla Sroprts Siti" stadionunda baş tutan matç "Atletiko”nun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Dieqo Simeonenin komandası İspaniya Superkubokunun finalında Madrid "Realı”ı ilə qarşılaşacaq. Qarşılaşma yanvarın 12-də keçiriləcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-barselona-nin-meglubiyyetinden-sonra-xosagelmez-halla-qarsilas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR