Bakıda “Payatsı” operasının tamaşası keçiriləcək

Bakıda “Payatsı” operasının tamaşası keçiriləcək
20:08 10 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşada Azərbaycanın opera ustaları ilə yanaşı Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş tanınmış sənətkarlar da iştirak edəcəklər.

Opera tamaşasını idarə etmək üçün Ştutqart (Almaniya) Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunmuşdur. M.Aqrest dünyanın ən məşhur teatrları - Kovent-Qarden (Böyük Britaniya), Metropoliten-opera (ABŞ) və konsert salonlarında çıxış edir.

Tamaşada əsas partiyalardan birini - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, Gürcüstanın Dövlət mükafatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcəkdir.

Tonio rolunda Rusiya Böyük Teatrının solisti, vokalçılarının beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski çıxış edəcək.

Tamaşada eyni zamanda Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3175601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR