Dünyada 144 herslik ekrana malik ilk smartfon elan edilib

Dünyada 144 herslik ekrana malik ilk smartfon elan edilib
17:35 13 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

“Android”-cihazlar yalnız oyun hitlərinin sayına görə deyil, həm də başqa xüsusiyyətlərinə görə tədricən fərdi kompüterlərə yaxınlaşırlar. “Nubia” brendinin həmtəsisçisi və direktoru “Red Devil 5G” adlı yeni oyun smartfonunu elan edib. Yeni smartfonun əsas özəlliyi ekranın yeniləmə tezliyidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon istehsalçıları yalnız bu yaxınlarda 90 Hers yeniləmə tezliyinə malik matrislərdən istifadə etməyə başlayıblar. “Nubia” şirkəti matrisin yeniləmə tezliyinin 144 hersədək artırılması yolu ilə cihazın ekranındakı təsvirin hamarlığını yüksəltməyi planlaşdırır.

 

“Nubia Red Devil 5G” smartfonu üçün belə ekranın hazırlaması ilə bundan əvvəl “Xiaomi Mi Mix Alpha” və “Mi Note 10” üçün eyni həll təqdim etmiş “Visionox” şirkəti məşğul olacaq.

 

“Nubia Red Devil 5G” smartfonunun ətraflı texniki xüsusiyyətləri, qiyməti haqqında məlumat hələ ki yoxdur.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-65462-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR