Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsen məğlubiyyətsiz oynanmış ardıcıl oyunların sayına görə dünya rekordunu yeniləyib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı qrossmeyster Veyk-anZeedə (Niderland) keçirilən turnirdə yeni nailiyyətə imza atıb. Kalrsen yanvarın 14-də yarışın ev sahibi Yorden van Forsetlə heç-heçə oynayıb. Bununla da özünün uduşsuz oyunlarının sayını 111-ə çatdırıb.
Maqnus Karlsen ardıcıl məğlubiyyətsiz oyun sayına görə dünya rekorduna imza atıb
Bundan əvvəlki rekord Niderlanddan olan şahmatçıya aid idi. Keçmişdə isə sovet və Rusiya qrossmeysteri Sergey Tivyakov bu uğura imza atmışdı. 2005-ci ildə o, özünün uduşlu seriyasını 110 oyuna çatdırmışdı.