Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Səba Ağayeva/

Dağlıq Qarabağ münaqişəsini yalnız dialoq vasitəsilə həll etmək olar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk "Şərq tərəfdaşlığı" ölkələrinin jurnalistlərinə deyib.

O, qeyd edib ki, bu problemi (Dağlıq Qarabağ - red.) dialoq vasitəsilə həll etmək lazımdır: "Bizim digər metodlarımız yoxdur. Bəzi siyasətçilər gözləyir ki, Avropa İttifaqı hərbi yolla kömək edəcək. Realist olmaq lazımdır. Bu, mümkün deyil".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az