Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrlə dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplar, ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI siniflər, ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI siniflər, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları təsdiqlənib.

Həmçinin uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsili üçün olan tədris planları da təsdiqlənib.