Bəzi insanlar ətrafındakı hadisələrdən daha çox təsirlənir, yaxınlarının yaşadığı problemləri öz dərdləri kimi qəbul edirlər. Onlar sevdiklərinə qarşı həssas davranır, kiminsə qəlbini qırmamaq üçün çox vaxt öz hisslərini belə ikinci plana keçirirlər.

Astroloji yozumlara görə, bəzi bürclər həssas və mərhəmətli xarakterləri ilə daha çox seçilir. Bu insanlar yaşadıqları hadisələri uzun müddət unutmur, kiçik bir söz və ya davranışdan belə təsirlənə bilirlər.

Metbuat.az ən ürəyiyumşaq 4 bürcü təqdim edir:

Xərçəng

Xərçənglər həssas və qayğıkeş xarakterləri ilə seçilirlər. Onlar ailələrinə və sevdiklərinə güclü bağlanır, yaxınlarının yaşadığı problemlərə biganə qalmırlar. Küsəndə və ya incidikdə bunu hər zaman büruzə verməsələr də, yaşadıqlarını uzun müddət yadda saxlayırlar.

Balıq

Balıq bürcünün nümayəndələri güclü empati hissi ilə tanınırlar. Başqasının yaşadığı kədəri özləri də yaşayırmış kimi hiss edirlər. Romantik və həssas olduqları üçün insanların davranışlarından tez təsirlənmələri mümkündür. Bu xüsusiyyətləri bəzən onların asanlıqla inciməsinə səbəb olur.

Tərəzi

Tərəzilər münasibətlərdə sakitlik və tarazlıq yaratmağa çalışırlar. Heç kimi incitmək istəmədikləri üçün mübahisələrdən mümkün qədər uzaq dururlar. Sevdikləri insanlarla problem yaşadıqda isə bu barədə uzun müddət düşünüb-daşınırlar. Çox vaxt qarşı tərəfin xətrinə dəyməsin deyə öz hisslərini gizlətməyə üstünlük verirlər.

Buğa

Buğa bürcündən olanlar kənardan sakit və möhkəm görünsələr də, daxilən kifayət qədər həssas ola bilirlər. Güvəndikləri insanlara möhkəm bağlanır və münasibətlərdə sədaqətə böyük önəm verirlər. Yaşadıqları xəyal qırıqlığını isə asanlıqla unutmurlar.