Azərbaycana bu ilin yanvar-avqust aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, hesabat dövründə ölkəyə dəyəri 39,5 milyon dollar dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib.
Bu göstərici illik müqayisədə 44,1% çoxdur.