Sentyabrın 15-də Bakı metropoliteninin xidmətlərindən 605 min 81 sərnişin istifadə edib.

Metbuat.az xəbər verir ki, bu göstərici avqust ayında qeydə alınan ən yüksək sərnişin sayından – 548 min 751 nəfərdən 9,3 faiz çoxdur.

Sərnişin sayındakı artım yeni dərs ilinin başlanması ilə eyni vaxta təsadüf edib.

Hazırda Bakı metrosunda xətlərin ayrılması layihəsi həyata keçirilir. Layihə tamamlandıqdan sonra qatarlararası intervalların azaldılması, sərnişinlərin daha rahat və sürətli daşınması nəzərdə tutulur.