“Fənərbaxça” yarımmüdafiədə yaşanan problemləri həll etmək üçün yeni futbolçunun transferi ilə bağlı hərəkətə keçirib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi “Strasburq”da çıxış edən 20 yaşlı mərakeşli yarımmüdafiəçi Samir El Mərabəti transfer etmək istəyir. Gənc futbolçunun transfer dəyərinin 22 milyon avro olduğu qeyd edilir. İddialara görə, “Leypsiq” də Samir El Mərabətin xidmətində maraqlıdır. Bildirilir ki, Samir El Mərabətin 23 yaşadək futbolçular üçün nəzərdə tutulan kontingentə uyğun olması İstanbul klubuna əlavə üstünlük verə bilər. “Fənərbaxça” mövsümün ikinci yarısında U23 siyahısındakı bəzi futbolçularla yolları ayırmağı planlaşdırır.
Qeyd edək ki, Samir El Mərabəti futbolçu karyerasında yalnız yetirməsi olduğu “Strasburq”un formasını geyinib. Yarımmüdafiəçi fiziki gücü, ötürmə keyfiyyəti və oyunu arxadan qurmaq bacarığı ilə seçilir.