“Qalatasaray” prezidenti Dursun Özbek komandanın baş məşqçisi Okan Burukla bağlı səsləndirilən tənqidlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, Burukun klubda çox uğurlu fəaliyyət göstərdiyini və ardıcıl dörd mövsüm çempionluq qazandığını xatırladıb. Dursun Özbek, Okan Burukla münasibətlərində heç bir problemin olmadığını vurğulayıb və məşqçi ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu açıqlayıb. Özbek qarşıdakı mövsüm üçün Burukla müqavilənin uzadılması məsələsini müzakirə edəcəklərini deyib.

Klub prezidentinin sözlərinə görə, “Qalatasaray”ın maliyyə baxımından dayanıqlılığı təmin edilib və futbolçulara ödənişlərlə bağlı heç bir problemin yoxdur.