Türkiyənin "Trabzonspor" klubu yeni transferlərin sayəsində futbol azarkeşlərinin diqqət mərkəzinə düşüb.

Metbuat.az xəbər verir ki, xüsusilə misirli ulduz Məhəmməd Salahın Qara dəniz təmsilçisinin heyətinə qoşulması yerli azarkeşlərin marağına səbəb olub. "Trabzonspor"un doğma meydanda keçirdiyi oyunların onminlərlə insan tərəfindən izlənməsi dünya ulduzlarının sayəsində mümkün olub.

Həmçinin "Trabzonspor" formalarının satışının kəskin artdığı müşahidə olunur. Klubdan verilən açıqlamada üzərində futbolçuların adlarının olduğu formaların satışında kəskin artım qeydə alındığı bildirilir.

Məlumata görə, ilin əvvəlindən bu günə kimi klub 116 min forma satmağa nail olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 min ədəd artıq forma satıldığı vurgulanıb.

Üzərində Məhəmməd Salahın adının olduğu formalara daha çox maraq göstərildiyi açıqlanıb.