İtaliya A Seriyasında çıxış edən “Udineze” heyətini təcrübəli müdafiəçi David Alaba ilə gücləndirib.
Metbuat.az xəbər verir ki, klub, son olaraq “Real Madrid”də çıxış edən 34 yaşlı futbolçu ilə müqavilə imzaladığını açıqlayıb. Məlumata görə, avstriyalı müdafiəçi mövsümün sonuna qədər İtaliya təmsilçisinin formasını geyinəcək. Qeyd edək ki, David Alaba beş mövsüm çıxış etdiyi “Real Madrid”dən azad agent kimi ayrılıb. O, ötən mövsüm İspaniya klubunun heyətində 16 matçda meydana çıxıb.
Təcrübəli futbolçu karyerası ərzində “Avstria Vien”, “Hoffenhaym”, “Bavariya” və “Real Madrid” kimi klublarda çıxış edib.