“İnter” Hakan Çalhanoğluna yeni müqavilə təklif edib.

Metbuat.az xəbər verir ki, İtaliya klubunun türkiyəli futbolçu ilə yeni sözləşmə üçün nəzərdə tutduğu maliyyə şərtləri bəlli olub. “Tuttomercatoweb”in məlumatına görə, “İnter” 32 yaşlı yarımmüdafiəçiyə ikiillik müqavilə və hər mövsüm üçün 4,5 milyon avro maaş, həmçinin bonuslar təklif irəli sürüb. Hazırda futbolçunun illik xalis qazancı təxminən 6,5 milyon avrodur. Tərəflər arasında razılıq əldə olunmadığı iddia edilir. Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.

Qeyd edək ki, Hakan Çalhanoğlu ilə maraqlanan klublar arasında “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Yuventus” da var.