Azərbaycanda bəzi bakalavr ixtisasları üzrə təhsil müddətinin dörd ildən üç ilə endirilməsi mümkün hesab olunur.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, belə bir dəyişiklik yalnız müvafiq ixtisas sahəsi üzrə mütəxəssislərin rəyi nəzərə alınmaqla həyata keçirilə bilər.

E.Əmrullayev bəzi ixtisaslarda bakalavr təhsilinin üçillik olmasının tərəfdarı olduğunu bildirib. Bununla belə, o vurğulayıb ki, təhsil müddətinin azaldılmasının bütün ixtisaslara şamil edilməsi hazırda müzakirə mövzusu deyil.