Türkiyənin məşhur rok qrupu “Athena”nın solisti Gökhan Özoğuz imicində etdiyi dəyişikliklə diqqət mərkəzinə düşüb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, illərdir narıncı saçları ilə tanınan müğənni yeni reklam layihəsi üçün saçlarını yaşıl rəngə boyadıb.
Məlumata görə, Gökhan Özoğuz bir yemək çatdırılması şirkətinin rebrendinq kampaniyası çərçivəsində hazırlanan reklam çarxında rol alıb. Reklamın əsas ideyası brendin narıncı rəngdən yaşıl rəngə keçidini əks etdirmək olub.
Müğənninin yeni görünüşü sosial şəbəkələrdə də maraq doğurub. Onun reklam çəkilişi üçün 30 milyon Türkiyə lirəsi məbləğində müqavilə imzaladığı iddia edilir.
Reklam çarxı məşhur rejissor Martin Werner tərəfindən lentə alınıb.
Uzun illərdir özünəməxsus saç rəngi ilə seçilən Gökhan Özoğuzun bu dəfə yaşıl saçlarla kamera qarşısına keçməsi kampaniyanın ən çox diqqət çəkən məqamlarından biri olub.