Göyçayda Zəfər Günü münasibətilə konsert keçiriləcək.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Zəfər konserti rayonun Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.
Məlumata görə, 8 noyabr "Zəfər Günü" adlı konsert proqramı 7 noyabr tarixində axşam saat 17:00-da başlanacaq. Artıq hazırlıq işlərinə də start verilib.
Xatırladaq ki, konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.