Dünyada minlərlə kilometrlik məsafəni əhatə edən uzun qatar marşrutları var. Bu səfərlər arasında ən uzunlarından biri Moskva ilə Şimali Koreyanın paytaxtı Pxenyanı birləşdirən dəmir yolu marşrutudur.
Metbuat.az xəbər verir ki, Moskva-Pxenyan xəttinin uzunluğu təxminən 10 min 214 kilometrdir. Qatar Rusiyanın geniş ərazisini keçərək Şimali Koreyaya çatır. Səfər təxminən 8 gün davam edir. Bu müddət ərzində sərnişinlər uzun saatlar boyu qatarla yol gedərək müxtəlif şəhər və bölgələrdən keçirlər.
Siyahıda ikinci yerdə Moskva-Vladivostok marşrutu qərarlaşıb. Təxminən 9 300 kilometrlik məsafəni əhatə edən səfər 7 gün davam edir. Eyni istiqamətdə hərəkət edən digər qatar isə bu məsafəni təxminən 6,5 günə qət edir.
Uzunmüddətli qatar səfərlərinin əksəriyyəti Rusiyanın geniş coğrafiyasından keçir. Siyahıda Kislovodsk-Neryunqri, Çita-Adler, Çita-Anapa, Moskva-Neryunqri və Adler-Severobaykalsk kimi marşrutlar da yer alır.
Moskva-Ulan-Ude marşrutu da dünyanın uzunmüddətli birbaşa qatar səfərlərindən biri hesab olunur. Təxminən 5 500 kilometr məsafəni əhatə edən bu səfər 4 günə yaxın davam edir.
Belə uzun qatar səfərləri sərnişinlərə bir səfər ərzində müxtəlif şəhərləri, təbiət mənzərələrini və fərqli coğrafi əraziləri görmək imkanı yaradır.