Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 889,2 min sərnişin daşınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168,1 min sərnişin və ya 6,2 % çoxdur.

2026-cı ilin yanvar-avqust aylarında bu nəqliyyat növü ilə yükdaşıma 3,4 % və ya 8,6 min ton azalaraq 248 min ton olub.

Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 162 milyon 739,4 min ton yük daşıyıb. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.