Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gündən etibarən bütün İran aviaşirkətlərinin ölkəyə və ölkədən uçuşlarını müvəqqəti dayandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə BƏƏ-nin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qərarın ABŞ-nin İran aviasiya sektoruna qarşı yeni sanksiyaları fonunda qəbul edildiyi bildirilir. Məhdudiyyətlər xüsusi sərəncama qədər qüvvədə qalacaq.
Gecə yarısından etibarən İran daşıyıcılarının BƏƏ-yə bütün reysləri, o cümlədən “Iran Airtour”un Tehran-Dubay uçuşu ləğv edilib.
ABŞ-nin yeni sanksiyalarının 27 İran aviaşirkətini əhatə etdiyi bildirilir. Məhdudiyyətlər fonunda İran aviaşirkətlərinin Azərbaycan, Gürcüstan, İraq və Omana bəzi reyslərinin də ləğv olunduğu qeyd edilir.