Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları yenidən fəaliyyətə başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov X sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, dil kursu sentyabrın 30-dan etibarən ödənişsiz şəkildə təşkil ediləcək:

"Kurslarda iştirak etməklə siz peşəkar mütəxəssisin tədrisi əsasında Azərbaycan dilinin zəngin söz ehtiyatını, qrammatik quruluşunu və düzgün danışıq qaydalarını öyrənə, həmçinin gündəlik ünsiyyət bacarıqlarınızı inkişaf etdirə bilərsiniz".