Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək istefa verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Metbuat.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Mehmet Şimşək istefa iddialarının əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib. O, yayılan məlumatları Türkiyənin iqtisadi sabitliyini hədəf alan spekulyativ xəbərlər kimi qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin bəzi yerli media orqanlarında Mehmet Şimşəyin vəzifəsindən istefa verdiyinə dair məlumatlar yayılmışdı.