Çin lideri Si Cinpin 11 ildən sonra ilk dəfə ABŞ-yə səfər edib.

Metbuat.az xəbər verir ki, Si Cinpin və həyat yoldaşı Penq Liyuan Merilend ştatındakı “Endryus” hərbi hava bazasinda ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp tərəfindən qarşılanıb.

Bildirilib ki, Çin lideri Donald Trampla ikitərəfli görüş keçirəcək. Görüşdə iki ölkə arasındakı tariflər, texnologiya məhdudiyyətləri, nadir torpaq elementlərinin ixracı, İran və Yaxın Şərqdəki müharibə, həmçinin süni intellektin təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

Məlumata görə, tərəflər iqtisadi və ticari fikir ayrılıqları üzrə daha əvvəl əldə edilən müvəqqəti razılaşmaların davam etdirilməsinə çalışacaqlar. Görüşdə enerji təhlükəsizliyi və ABŞ-nin Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyaların Çinlə iqtisadi münasibətlərə mümkün təsirləri də gündəmə gələ bilər.