"Real Madrid"in sabiq hücumçusu futbol tarixinin ən erkən qollarından birinin müəllifi olub

"Real Madrid"in sabiq hücumçusu futbol tarixinin ən erkən qollarından birinin müəllifi olub
15:12 18 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin Liqa Kubokunda futbol tarixinin ən erkən qollarından biri vurulub.
"Report"un məlumatına görə, "Əl-Nəsr"in "Əl-Əhli"ni qəbul etdiyi matçda meydan sahiblərinin futbolçusu Alvaro Neqredo 6-cı saniyədə topu rəqib qapısından keçirib. 
Qeyd edək ki, Alvara Neqredo İspaniyanın "Sevilya", "Real Madrid" və "Valensiya" kimi klublarının formasını geyinib. İspaniya millisinin sabiq üzvü Türkiyədə "Beşiktaş", İngiltərədə isə "Mançester Siti"nin şərəfini qoruyub.  35 yaşlı hücumçu 2018-ci ildən "Əl-Nəsr"də çıxış edir. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neqredo-futbol-tarixinin-en-erken-qollarindan-birinin-muellifi-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR