"Real" "Sevilya”ya qalib gəlib

"Real" "Sevilya”ya qalib gəlib
23:37 18 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya çempionatının 20-ci turunun matçında Madrid "Real”ı "Sevilya”nı qəbul edib.
«Report” xəbər verir ki, qarşılaşma Madriddə, "Santyaqo Bernabeu" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Real"ın ilk qolunu yarımmüdafiəçi Kazemiro vurub. O, 57-ci dəqiqədə topu rəqibin qapısına göndərib.
İkinci hissənin ortasında "Sevilya”nın hücumçusu Lyuk de Yonq hesabı bərabərləşdirib. Lakin 69-cu dəqiqədə Kazemiro dubl edib.
Bununla da "Real”ın İspaniya çempionatında uduşlu oyun seriyası 11 matça çatıb. Madrid təmsilçisi 43 xal toplayaraq, yarış cədvəlinə başçılıq edir.
"Sevilya" 35 xalla dördüncü yerdə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-sevilya-ya-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR